20 Oktyabr 2025 / 19:14

Polşa və Britaniya Rusiyanı nəzarət altına almaq üçün müqavilə imzalayacaqlar

Polşa və Britaniya “Rusiyanı cilovlamaq üçün” əlavə tədbirləri özündə əks etdirən ikitərəfli təhlükəsizlik müqaviləsini yekunlaşdırır.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “The Times” Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə istinadən yazır.

“Polşa və Britaniya ikitərəfli təhlükəsizlik müqaviləsini yekunlaşdırır”, – məqalədə deyilir.

Qəzet iddia edir ki, saziş “Rusiyanı cilovlamaq” tədbirləri ilə yanaşı, qeyri-qanuni miqrasiya və “insan qaçaqmalçılığı” ilə mübarizəyə yönəlmiş tədbirləri də əhatə edəcək.

Bundan əvvəl Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) rəhbəri Slavomir Çeçkeviç “Financial Times” qəzetinə müsahibəsində Polşanın Rusiya ilə müharibə vəziyyətində olması barədə fikirlərini bildirib. O, iddia edib ki, təxribatçılar guya ölkəsinə qarşı işləyirlər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Aİ Baltikyanı ölkələr və Polşanın cilovsuz siyasətinin girovuna çevrilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!