Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, “istəklilər koalisiyası”nın növbəti iclası oktyabrın 24-də Londonda baş tutacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, Fransa lideri bu görüşü Sloveniyada keçirilən Aİ-nin 9 Aralıq dənizi ölkəsinin (MED9) sammitində çıxışı zamanı açıqlayıb.
“Cümə günü istəklilər koalisiyasının iclası olacaq. Bəziləri üçün bu, şəxsən, digərləri üçün virtual olacaq, lakin bəzilərimizi Londonda bir araya gətirəcək və Vladimir Zelenski orada olacaq”, – Makron izah edib.
Bundan əvvəl Rusiyanın Londondakı səfiri Andrey Kelin bəyan etmişdi ki, Böyük Britaniya Ukraynada NATO-nun zərbə imkanlarını yerləşdirmək niyyətindən əl çəkməyib.
Onun sözlərinə görə, “istəklilər koalisiyasının” məqsədi Kiyevin anti-Rusiya potensialını qorumaqdır.
E.ŞİRİNOV