Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Luvrun direktoru Laurens des Cars səs-küylü soyğundan sonra istefa verdi, lakin Fransa prezidenti Emmanuel Makron onun tələbini rədd etdi.
Tezadlar.az xəbər verir ki, bu barədə “Le Figaro” mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır ki, o, istefa verib, lakin heç bir nəticəsi olmayıb.
Mənbənin sözlərinə görə, Makron oğurluqdan sonrakı son günlərdə hətta ona bir neçə dəfə zəng edib.
O, Luvr direktorunu muzeyin təmir prosesini pozmamaq üçün möhkəm durmağa çağırıb.
Luvrdan oğurlanan zinət əşyaları əvvəllər 88 milyon avro dəyərində qiymətləndirilirdi.
Xatırladaq ki, oktyabrın 19-da işçi qiyafəsində olan naməlum şəxslər Fransanın məşhur muzeyinin Apollon qalereyasına daxil olaraq III Napoleona və onun həyat yoldaşı imperatriçəyə məxsus zərgərlik kolleksiyasından qiymətli əşyalar oğurlayıblar.
Daha sonra Luvrdan bir neçə yüz metr aralıda III Napoleonun arvadının sınmış tacı, ardınca başqa bir oğurlanmış əşya tapılıb.
E.ŞİRİNOV