Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək. Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər. İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.
“…22 октября секретарь Совета безопасности Армении Армен Григорян встретился с участниками двустороннего круглого стола — обсуждения, проходящего в Ереване с участием представителей гражданского общества Армении и Азербайджана. Об этом сообщили в офисе Совбеза. Армен Григорян высоко оценил проведение подобных встреч в рамках процесса нормализации армяно-азербайджанских отношений, подчеркнув, что такие форматы способствуют установлению позитивных контактов между людьми. Он отметил, что вовлечение различных слоёв общества лишь укрепит мир. Представители гражданского общества, в свою очередь, поблагодарили армянскую сторону за организацию мероприятия и создание позитивной атмосферы. Участники подчеркнули важность продолжения подобных инициатив, направленных на укрепление взаимного доверия и сотрудничества. Во второй части встречи секретарь Совета безопасности ответил на вопросы присутствующих”.
News.am