“Ədalətsizliyin və hüquqsuzluğun bir qurbanı da -1933.cü ildə “Azərnəşr”in şərəfinə tikilmiş bu bina, Mətbuat sarayıdır. “Azərnəşr” həmin tarixdən 1995.ci ilə qədər öz binasında fəaliyyət göstərib. Vaxtilə “İşıq”, “Gənclik” nəşriyyatları və “26-lar” mətbəəsi də uzun illər həmin binada fəaliyyət göstəriblər. Lakin 1995-ci ildə binanın sahibi “Azərnəşr” və digər qurumlar evindən çıxarılır, Bank Standart yerləşdirilir. Azərnəşr isə Mehdi Hüseyn küçəsində fərdi evdə fəaliyyətini davam etdirir. Xüsusilə qeyd edim ki, Azərbaycanın görkəmli şəxsiyyətləri, böyük ziyalıları – Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi və yüzlərlə irfan işıqlarımız zamanında Azərnəşrdə direktor, redaktor, tərcüməçi kimi çalışmışlar. Binanın divarlarında onların ruhu, səsi, nəfəsi yaşayırdı. Hamısının üstündən xətt çəkib, binanı Bank Standarta verdilər. Necə ki, neçə-neçə kitabxananı ləğv edib yerində qutabxana açdılar…”.
Bu sözlər jurnalist Rəsmiyyə Qarayevaya məxsusdur. Jurnalist haqlı olaraq məsələ qaldırır ki, hələ də həmin bina köçkün salınmış “Azərnəşr”ə qaytarılmır, boş saxlanılır.üzdür, verilən məlumata görə, paytaxtın ən gözəgəlimli ərazisində yerləşən bu binaya göz dikən məmurlar var. Amma hazırda bu binamın hansı dövlət qurumunun balansında olduğu da bilinmir.
R.Qarayeva əlavə edir:”… Nəysə… Artıq Bank Standart yoxdur və ya həmin binada fəaliyyət göstərmir və bina istifadəsiz qalıb. Bu il Azərnəşrin fəaliyyətə başlamasının 100 ili tamamdır. Azərnəşrin kollektivi olaraq istəyirik ki, bizi öz binamıza qaytarsınlar. Orada bizdən başqa bir neçə mətbu orqanı və nəşriyyat da yeləşdirilə bilər. Çünki binanın adı Mətbuat sarayıdır, mətbuat üçün tikilib, bank üçün deyil. Ədalətsizliyə, hüquqsuzluğa son qoyulmasının, Mətbuat sarayının sahiblərinə qaytarılmasının zamanıdır…”.
Haqlı arzu və tələbdir! İnamırıq ki, bu bina öz statusuna uyğun istifadə edilərsə, burada Mətbuat Mərkəzi də yaradıla bilər. Çünki hazırda jurnalistlərin, yaxud vətəndaşların mətbuat konfransı keçirməyə yeri yoxdur. Vaxtilə Mətbuat prospektində Əli Həsənovun olduğu deyilən BMM var idi, ora da 4-5 ildir bağlıdır, istifadəsizdir. Sanki jurnalistikamızın adına nə varsa, hamısə ya ləğv edilir, ya dondurulur, ya da satılıb- sovrulur…
A.Məmmədli