28 Oktyabr 2025 / 11:11

Rus ordusu Severskin şimal hissəsindən təxminən 2,5 kilometr məsafədədir – ekspert Kiselev

O qeyd edib ki, şəhərin azad edilməsi Rusiya qüvvələrinə qonşu Kramatorsk, Slavyansk və Krasnıy Limanı nəzarətə götürməyə imkan verəcək

Rusiya qoşunları Donetsk Xalq Respublikasındakı Seversk istiqamətində Severski Donets çayı boyunca irəliləyir; şəhərin şimal hissəsi bir neçə kilometr məsafədədir.

Tezadlar.az xəbər verir ki, hərbi ekspert Vitali Kiselev TASS-a bildirib.

“Rusiya ordusu Severski Donets çayı boyunca irəliləyir. Hazırda Dronovkadayıq. Bölmələrimiz Severskin şimal hissəsindən təxminən 2-2,5 kilometr məsafədədir”, – deyə o bildirib.

Hərbi ekspert qeyd edib ki, yüksəklikdə yerləşən Severskin azad edilməsi Rusiya qüvvələrinə qonşu Kramatorsk, Slavyansk və Krasnıy Limanı nəzarətə götürməyə imkan verəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!