28 Oktyabr 2025 / 15:39

Tatarıstanda ən çox bu ölkələrin vətəndaşları deportasiya edilib

Tatarıstanda miqrasiya siyasəti müzakirə edilib.

Tezadlar.az  xəbər verir ki, Kazandakı Xalqlar Dostluğu Evində dəyirmi masa keçirilib- miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi və əcnəbilərə dəstək məsələsi müzakirəyə çıxarılıb.

“Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ilə birlikdə həmvətənlərimizin statuslarının qanuniləşdirilməsinə kömək etdik. Milli və mədəni muxtariyyətlər sənədləşmə işlərində fəal şəkildə məsləhətləşdilər və dəstəklədilər”, – deyə yerli Dövlət Şurasının deputatı Rinat Valiullin qeyd edib.

Tatarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri:

85 müvəqqəti yaşayış icazəsi ləğv edilib (keçən il 106);

386 yaşayış icazəsi ləğv edilib (2024-cü ildə 350).

İcazələri ləğv edilən bütün miqrantlar artıq Rusiyanı tərk etməlidirlər.  Qayda pozanları deportasiya və 10 ilə qədər giriş qadağası gözləyir.

Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, 2025-ci ilin üçüncü rübündə 831 əcnəbi deportasiya edilib və ilin əvvəlindən bəri ümumi sayı 869-a çatıb, hazırda 191 nəfər xüsusi saxlanma müəssisələrində saxlanılır.

Ən çox deportasiya edilənlər Türkmənistan (65)Özbəkistan (53) vətəndaşları olub.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!