28 Oktyabr 2025 / 23:23

Zelenski: “Atəşkəs planının detalları bu həftə müzakirə olunacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Avropa rəsmilərinin atəşkəs planının təfərrüatlarını müzakirə etmək üçün görüşəcəklərini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

“Bu, müharibəyə (Rusiya-Ukrayna – red.) son qoymaq planı deyil. Əvvəlcə atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır… Məsləhətçilərimiz yaxın günlərdə görüşəcəklər; cümə və ya şənbə günü ilə bağlı razılığa gəldik. Onlar bu planın təfərrüatlarını müzakirə edəcəklər”, – V.Zelenski deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!