Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Braziliyanın Rio-de-Janeyro şəhərində “Qırmızı komanda” cinayətkar qruplaşmasına qarşı genişmiqyaslı polis əməliyyatı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.
Tezadlar.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi hökumətə istinadən xəbər verib.
Məlumata görə, şəhərin şimal hissəsindəki favellalarda (dağətəyi gecəqondular – red.) 100 dəstə üzvünə qarşı əməliyyatlar zamanı 2 polis məmuru da daxil olmaqla, təxminən 20 nəfər ölüb.
“Cinayətkarlar polisə müqavimət göstərib, atəş açıb və qurduqları barrikadaları yandırıblar. Bundan əlavə, onlar polisə qarşı bombalı dronlardan istifadə ediblər”, – məlumatda bildirilir.