Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstanın “The European Conservative” nəşri qeyd edir ki, müdafiə, kəşfiyyat və texnologiya sistemləri üzrə ixtisaslaşmış “QinetiQ” şirkətinin keçmiş baş nazir Boris Consona ianələri barədə məlumatlar “Ukraynadakı münaqişənin niyə sonu görünmədən uzandığını izah etməyə kömək edir”.
Tezadlar.az xəbər verir ki, nəşr şirkətin baş direktoru Kristofer Harbornun 2022-ci ildə o vaxtkı baş nazir Boris Consona bir milyon funt sterlinq bağışladığını və bundan sonra birlikdə Ukraynaya səyahət etdiklərini göstərən məlumatlara istinad edib.
Bu arada, “Conson Zelenskini 2022-ci ildə Moskva ilə danışıqlar aparmamağa çağırıb”, “QinetiQ”-nin mənfəəti isə müharibə zamanı kəskin şəkildə artıb. Jurnalistlər qeyd ediblər ki, “hər yeni hərbi yardım Johnsonun son media çıxışı ilə üst-üstə düşüb və “QinetiQ”-u zənginləşdirib”.
E.ŞİRİNOV