30 Oktyabr 2025 / 07:14

Gürcüstanda üç müxalifət partiyasının fəaliyyəti dayandırıldı

Avropa İttifaqı və ATƏT Gürcüstanda siyasi partiya fəallarına qarşı təzyiqləri qəbul etmir. Bu səbəbdən ölkəyə sanksiyalar tətbiq olunur. Buna baxmayaraq prezident Mixail Kavelaşvili hakim “Gürcü arzusu” partiyasının üç müxalifət partiyasının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək qərarını dəstəkləyib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Kavelaşvili bu barədə “Acarıstan” telekanalına müsahibəsində bildirib. “Onlar (müxalifət -Qeyd) xaricdən maliyyələşərək siyasi mühiti belə qəsdən zədələyəndə,məncə, belə siyasi partiyaların bizim siyasi məkanda mövcudluğunu dayandırmasına şərait yaradılır”, – deyə o qeyd edib. Qeyd edək ki, hakim “Gürcü arzusu” müxalifət partiyalarının “Dəyişiklik naminə Koalisiya”, “Güclü Gürcüstan – Lelo” və “Vahid Milli Hərəkat” partiyalarının fəaliyyətini qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!