30 Oktyabr 2025 / 19:33

Braziliyada narkotik əməliyyatı qanlı bitdi: 132 ölü

Braziliyanın Rio-de-Janeyro ştatında təhlükəsizlik qüvvələri tərəfindən narkotik əməliyyatı zamanı həyatını itirənlərin sayı 132-yə çatıb.

Tezadlar.az xarici mediaya istinadla bildirir ki, əməliyyat Penha və Alemao məhəllələrində ölkənin ən böyük cinayət qruplaşmalarından biri olan Comando Vermelho-ya qarşı keçirilib. Rəsmilərin məlumatına görə, əməliyyat zamanı baş verən atışmada 4-ü polis olmaqla 132 nəfər həlak olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!