Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Komissiyası Şengen zonasının 40 illiyinə həsr olunmuş və 40 min gəncə qitədə pulsuz səyahət etmək imkanı verəcək “DiscoverEU” təşəbbüsünün yeni mərhələsini elan edib.
Tezadlar.az-ın verdiyi məlumatına görə, bu barədə Brüsseldə Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen bildirib.
2007-ci il təvəllüdlü gənclər “European Youth Portal”da Aİ haqqında qısa onlayn testi tamamlayaraq müraciət edə bilərlər.
Qaliblər təkcə biletlər yox, həm də 36 ölkədə nəqliyyat, yaşayış, yemək və mədəni tədbirlər üçün endirim kartı qazanacaqlar.
Ərizə qəbulu noyabrın 13-dək davam edəcək.