1 Noyabr 2025 / 19:02

Fransa Belçikanın Rusiyaya qarşı təhdidlərini lağa qoyub

Fransanın “Le Figaro” qəzetinin oxucuları Belçikanın müdafiə naziri Teo Frankenin Rusiyaya qarşı təhdidini lağa qoyublar.

Tezadlar.az xəbər verir ki, onlar şərhlərini siyasətçinin açıqlamasının yer aldığı məqalənin altında yazıblar.

Franken əvvəllər Rusiyanın NATO ölkələrinə hücum edəcəyi təqdirdə, alyans “Moskvanı xəritədən siləcəyini” bildirmişdi. Daha sonra Belçikanın müdafiə naziri sözlərini sadəcə NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit edilmiş “cavab zərbəsi” prinsipini əks etdirdiyini və təcavüzə çağırış olmadığını iddia edərək əsaslandırmağa çalışdı.

“Onlar Moskvaya Belçika tipli kartof qızartması atacaqlar”, – “Le Figaro”nun oxucularından biri yazıb.

Başqa bir istifadəçi Frankenin açıqlamasını Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Merin 2022-ci ildə Qərbin Rusiyanı Orta əsrlərə qaytardığı iddiası ilə müqayisə edib.

“Onun açıqlamalarını necə həyata keçirməyi planlaşdırdığı barədə heç bir fikrim yoxdur! Belçikalıların nüvə silahı olduğunu belə bilmirdim”, – başqa bir oxucu yazıb.

“Charly bravo” 58 ləqəbli istifadəçi Belçikanın kasnıdan (Kasnı – bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi – RED.) silah kimi istifadə edəcəyinə inanır.

“Belçika Rusiyanı təhdid edir. İndi mən hər şeyi mütləq gördüm”, – deyə “Le Figaro”-nun başqa bir oxucusu yekunlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!