Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstin HƏMAS hərəkatı daha üç girovun cəsədini İsrailə təhvil verib.
Tezadlar.az bildirir ki, bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi məlumat verib.
“Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail Qəzza zolağındakı İsrail Müdafiə Qüvvələrinə təhvil verilən mərhum girovların cəsədlərinin olduğu üç tabut alıb”, – Netanyahunun ofisinin açıqlamasında deyilir.
Tabutlar tezliklə İsrailə aparılacaq və daha sonra Səhiyyə Nazirliyinin Milli Məhkəmə Tibbi Ekspertizası İnstitutuna təhvil veriləcək. Şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatdıqdan sonra mərhumların ailələrinə rəsmi bildirişlər göndəriləcək.
Xatırladaq ki, HƏMAS 28 girovdan dördünün qalıqlarını İsrail dövlətinə təhvil verib. İsrailin müdafiə naziri İsrael Katz bunu razılaşmanın pozulması adlandırıb və “müvafiq cavab veriləcəyinə” söz verib. 14 oktyabrda Fələstin hərəkatı həlak olan dörd girovun cəsədini Qırmızı Xaça, daha ikisini 19 oktyabrda və üçünü 21 oktyabrda təhvil verib.
HƏMAS və İsrail arasında atəşkəs sazişi 13 oktyabrda Misirdə keçirilən sammit zamanı imzalanıb. Fələstin hərbi təşkilatı sağ qalan 20 girovu İsrailə təhvil verib. Azad edilənlərin ikinci qrupu arasında Donbasdan olan Maksim Xarkin də var idi.
Lakin atəşkəs uzun sürməyib. 19 oktyabrda HƏMAS nümayəndələri İsraili Qəzza zolağında atəşkəsi pozmaqda ittiham ediblər. Hərəkat liderlərinin sözlərinə görə, Netanyahu Rəfah keçid məntəqəsini açmamaq qərarı ilə razılaşma üzrə öhdəliklərini yerinə yetirməyib.
28 oktyabrda İsrailin baş naziri Qəzza zolağına təcili, kütləvi zərbələr endirməyi əmr edib. İsrail Qəzzadakı yaşayış binasına hücum edərək iki nəfəri öldürüb, dörd nəfəri yaralayıb. 29 oktyabrda atəşkəs sazişindən sonra İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 91-ə çatıb.
E.ŞİRİNOV