Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Noyabr 2025 / 21:01

Holokost qurbanlarının şəxsiyyəti süni intellektlə dəqiqləşdirilir

İkinci dünya müharibəsində nasistlər tərəfindən öldürülmüş 6 milyondan artıq yəhudidən təxminən 5 milyonunun şəxsiyyəti təsbit edilib.

Tezadlar.az  xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Yad Vashem İnstitutunun məlumatına görə, hələlik isə təxminən 1 milyon yəhudi qurbanın adı bilinmir.

Bildirilib ki, süni intellekt texnologiyalardan istifadə etməklə yüz milyonlarla sənədi avtomatik şəkildə analiz edilərək növbəti mərhələdə təxminən 250 min yeni adın aşkar edilməsi planlaşdırılır.

Qeyd olunur ki, institut bir neçə il əvvəl bu sahədə öz AI proqramını hazırlayıb (trend).

Xatırladaq ki, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) kimi qeyd edilir. Holokost İkinci Dünya Müharibəsi dövründə (1939-1945) milyonlarla avropalı yəhudinin təkcə milli mənsubiyyətinə görə soyqırımı hadisəsidir.

Holokost (yunanca: holokauston), “holos” (HİTLER) və “kaustos” (QORXUSU) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!