4 Noyabr 2025 / 08:12

Ukraynadan olan qaçqınlara Almaniyada müavinətlər verilməməlidir

Almaniya hakimiyyəti Ukraynadan olan qaçqınlara müavinətləri verilməməlidir.

Tezadlar.az xəbər verir ki, Finanznachrichten.de saytının məlumatına görə, bunu Xristian Demokrat İttifaqının (XDİ) baş katibi Karsten Linnemann bildirib.

XDİ-nin baş katibi bildirib: “Mən heç kimi deportasiya etmək istəmirəm, amma kimsə Almaniyaya gəlib və gəncdirsə, təbii ki, yerli sosial təminat sisteminə etibar etməməlidir. Məqsəd bu insanların iş tapması olmalıdır”.

Linnemann əlavə edib ki, Hollandiya və Polşada işləyən ukraynalıların faizi Almaniyadakından daha yüksəkdir. Buna görə də Berlin onların məşğulluğuna xüsusi diqqət yetirməlidir, – deyə baş katib vurğulayıb.

24 oktyabrda Bavariyanın baş naziri və Xristian Sosial İttifaqının (XSİ) sədri Markus Söder Avropa İttifaqı və Almaniya hökumətinin Ukraynadan gənc kişilərin axınını məhdudlaşdırmalı olduğunu bildirib. Onun sözlərinə görə, xarici vətəndaşların qəbuluna bu gün açıq məhdudiyyətlər tətbiq olunmalıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!