Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) üç saat ərzində Rusiya bölgələrinə bir neçə dəfə hücum etməyə cəhd edib.
Tezadlar.az xəbər verir ki, Müdafiə Nazirliyi təxminən 30 Ukrayna dronunun vurulduğunu bildirib.
Hücumlar Moskva vaxtı ilə saat 20:00 ilə 23:00 arasında qeydə alınıb. Volqoqrad vilayəti səmasında on üç dron məhv edilib. Rostov vilayəti üzərində daha yeddi dron vurulub. Belqorod və Voronej vilayətləri üzərində hər biri üç dron məhv edilib. Bütün dronlar sabit qanadlı təyyarələr olub.
Daha əvvəl bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu Volqoqrad vilayətində elektrik yarımstansiyasında yanğına səbəb olub.
E.ŞİRİNOV