5 Noyabr 2025 / 08:42

NATO ölkələrindən biri Ukraynaya hərbi xərcləri artıracaq

Kanada Ukraynaya hərbi xərcləri artırmaq qərarına gəlib.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu qərar ölkənin təsdiq edilmiş büdcəsində göstərildiyi kimi müdafiə əməkdaşlığı proqramının bir hissəsi olaraq qəbul edilib.

Əsas investisiyalar arasında Kiyevə hərbi yardım da daxil olmaqla, Ottavanın müdafiə tərəfdaşlığını genişləndirmək üçün beş il ərzində 6,2 milyard dollarlıq investisiyalar var.

Sənədə görə, bundan əlavə, Kanada rəsmiləri gələcəkdə hərbi təlim və beynəlxalq siyasət proqramlarını genişləndirməyi gözləyirlər.

Bir müddət əvvəl “CBC News”-in jurnalistləri Kanadanın Ukraynaya 25 zirehli personal daşıyıcısı tədarükü müqaviləsini ləğv etdiyini bildirmişdilər. Milli müdafiə naziri Devid Makqintinin sözlərinə görə, iki il əvvəl onun departamenti “Dorçesterdə Armatec Survivability” tərəfindən istehsal olunmuş – istismardan çıxarılmış avadanlıqları təmir və sonradan Kiyevə göndərmək üçün köçürmüşdü, lakin indi müqaviləni ləğv etmək qərarına gəlib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!