5 Noyabr 2025 / 13:57

Polis əməkdaşına rüşvət verən əcnəbilər həbs olunub – FOTO

Qırğızıstanın paytaxtı Bişkekdə  Oktyabrski Rayon Daxili İşlər İdarəsinin əməkdaşları polis əməkdaşına rüşvət verən xarici vətəndaşları saxlayıblar.

Tezadlar.az   Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Oktyabrski Rayon Daxili İşlər İdarəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, əvvəllər beş günlük həbs edilən xarici vətəndaş saxta pasportu olduğunu aşkar etdikdən sonra pul təklif edib. Bu barədə şəhər polis şöbəsinin rəisi idarə rəisinə raport verib.

28 oktyabrda iki əcnəbi (1984 və 1988-ci il təvəllüdlü) Şəhər Polis Şöbəsinin rəisinin kabinetində 900 dollar verərkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 345-ci (“Rüşvət vermə”) maddəsi ilə cinayət işi açılıb.

İstintaq davam edir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!