6 Noyabr 2025 / 08:58

Putin Trampa Ukrayna ilə bağlı bir xahişlə müraciət edib

Amerika lideri onunla telefon danışığını xatırlayıb

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin həllində kömək istəyib.

Tezadlar.az xəbər verir ki, Trampın Mayamidə keçirilən Amerika biznes forumunun kənarında danışdığı kimi, bu, iki həftə əvvəl telefon danışığı zamanı baş verib. Daha sonra Putin 10 ildir Ukraynadakı müharibəyə son qoymağa çalışdığı iddia edilən Rusiya təbliğat xəttini təkrarlayıb.

“Mən iki həftə əvvəl Putinlə danışdım və o dedi ki, – sitat gətirirəm: Biz 10 ildir ki, bu müharibəyə son qoymağa çalışırıq, amma uğur qazana bilməmişik. İndi bunu həll etmək sizin ixtiyarınızdadır. Mən bu məsələlərin bəzilərini BMT-nin heç bir köməyi olmadan bir saat ərzində həll edə bildim”, – deyə Amerika lideri bildirib.

O, BMT-dəki çıxışı zamanı yaranan teleprompterlə bağlı problemlərdən yenidən şikayətlənib.

“Səhnəyə çıxdığımı xatırlayırsınız? Xanımlar və cənablar, Amerika Birləşmiş Ştatları adından, Prezident Donald J. Tramp. Teleprompterlərə baxıram və bu sözlərdən sonra… heç nə yoxdur”, – deyə Tramp əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!