12 Noyabr 2025 / 07:48

Varşavada minlərlə millətçi yürüş edib

Polşanın Müstəqillik Gününü qeyd etmək üçün Varşavada minlərlə insanın iştirak etdiyi illik millətçi yürüş keçirilib.

Tezadlar.az bildirir ki, bu barədə “Gazeta Wyborcza” məlumat verib.

Varşava Şəhər Meriyasının məlumatına görə, bu il yürüşdə təxminən 100.000 nəfər iştirak edib. Onların arasında Polşa Prezidenti Karol Navrotski və keçmiş Baş nazir və mühafizəkar Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski də olub.

Bəzi yürüş iştirakçıları üzərində “Ağ Avropa, yoxsa Avropa yox” və “İmmiqrasiyanı dayandırın – deportasiya vaxtıdır” kimi ksenofob və ya immiqrant əleyhinə şüarlar yazılmış bannerlər açıblar.

Bir müddət əvvəl Polşanın “Rzeczpospolita” qəzeti son illərdə Polşada siyasi sığınacaqdan məhrum edilmiş əcnəbilərin demək olar ki, hamısının Rusiya vətəndaşı olduğunu bildirmişdi. Bundan əlavə, nəşrin iddia etdiyi kimi, miqrasiya siyasətinin sərtləşdirilməsi Polşadakı həm hakim, həm də müxalifət qüvvələri tərəfindən dəstəklənir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!