12 Noyabr 2025 / 14:05

Rus əsgərləri “Abrams” tankını məhv etdiklərinə görə 10 milyon rubl alıblar

15-ci Motoatıcı Briqadası “Qara Qusarlar”ın hərbçiləri maddi mükafat alıblar

15-ci Motoatıcı Briqadası “Qara Qusarlar”ın rus hərbçiləri Amerika “Abrams” tankını məhv etdiklərinə görə aktyor İvan Oxlobıstindən 10 milyon rubl alıblar.

Tezadlar.az  xəbər verir ki, TASS bu barədə 12 noyabrda aktyora istinadən məlumat yayıb.

“Biz bütün məbləği köçürdük, lakin mükafatlar hissə-hissə paylandı: əvvəlcə 5 milyon, sonra daha 5 milyon”, – deyə o bildirib.

Avdievka ərazisində “Qara Qusarlar” tərəfindən Amerika “Abrams” tankı məhv edilib. Xerson vilayətinin qubernatoru Vladimir Saldo əvvəllər bu barədə məlumat vermişdi.

Oxlobıstin “Qara Qusarlar”ın iştirakçılarını fəal şəkildə dəstəkləyir. Avqustun 11-də aktyor ixtiraçı Eduard Mımrin ilə birlikdə minə yaxın rus əsgərinin həyatını xilas edən “Kap” çağırış nişanlı hərbi tibb işçisinə təxliyə maşını hədiyyə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!