ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarının 25-ci ildönümünü qeyd etmək üçün 50 sentlik sikkə buraxılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Xəzinədarlıq Nazirliyi məlumat yayıb.
“Həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik və həmvətənlərinin həyatını xilas etmək üçün həyatlarını təhlükəyə atanların cəsarətini xatırlayırıq. Dörddə bir əsr sonra da vədimizə sadiq qalırıq: heç vaxt unutmayacağıq”, – deyə Xəzinədarlıq Nazirliyinin mətbuat xidməti ABŞ Xəzinədarlıq katibi Skott Bessentdən sitat gətirib.
Xatirə sikkəsi Pensilvaniya ştatının Filadelfiya şəhərində zərb edilib. Onun üzərində Azadlıq Heykəli təsvir olunub, yanında isə “Heç vaxt unutma. 9.11.01” yazısı var. Xatirə sikkələrini 20 və ya 100 ədədlik paketlərdə almaq olar, onların qiyməti müvafiq olaraq 40 və 100 dollardır.
ELBAR







