Əsas məzmuna keç

ABŞ-da B-52 bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub – YENİLƏNİB

ABŞ-ın Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayan “B-52 Stratofortress” strateji bombardmançısının 8 nəfərlik heyətin hamısı həlak olub.

Tezadlar.az bildirir ki, bu barədə Edvards aviabazasının “X” hesabında məlumat verilib.

Məlumata görə, B-52 bombardmançısı planlaşdırılmış sınaq uçuşu üçün havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Hadisə Mojave səhrasında, Los-Ancelesdən təxminən 160 kilometr şimalda baş verib.

Qəzanın səbəbləri araşdırılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…