Əsas məzmuna keç

ABŞ-da etirazlar başlayıb

ABŞ-ın Missisipi ştatında cümə axşamı, 18 iyun tarixində polisin bir yaşlı uşağı təsadüfən vurub öldürməsindən sonra böyük etirazlar başlayıb.

Tezadlar.az xəbər verir ki, video NBC News YouTube kanalında yayımlanıb.

Hadisə 14 iyun – bazar günü böyük bir pərakəndə satış şəbəkəsinə məxsus mağazanın yaxınlığında baş verib. Polis iki böyük və bir uşağın iştirak etdiyi oğurluq hadisəsi barədə məlumat aldıqdan sonra mağazaya gəlib.

Şahidlər uşağı daşıyan bir yetkin qadını, digərinin isə bir qutu uşaq bezi daşıdığını görüblər. Daha sonra qadınlar maşına minib hadisə yerindən qaçmağa çalışıblar. Onların qaçmasının qarşısını almaq üçün zabitlər şübhəliləri daşıyan nəqliyyat vasitəsinə atəş açıblar.

“Bir polis zabiti ictimai yerdə uşaq bezlərinin üstündən atəş açıb”, – deyə qətlə yetirilən uşağın nənəsi Likol Uayli təəssüflə bildirib.

Jurnalistlər qeyd ediblər ki, uşaq xəstəxanada ölüb və qadınlardan biri ağır güllə yaraları ilə reanimasiyaya yerləşdirilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…