22 Avqust 2026 / 08:26

ABŞ-da polis helikopteri təyyarə ilə toqquşub

ABŞ-ın Pensilvaniya ştatında kiçik təyyarə polis helikopteri ilə toqquşub.

Tezadlar.az xəbər verir ki, qəza nəticəsində kiçik təyyarənin pilotu ölüb, vertolyotda olan iki ştat polisi yaralanıb.

Kiçik təyyarənin pilotu idarəetməni itirərək təlim uçuşu həyata keçirən polis helikopterinə çırpılıb. Qəza təhlükəsizlik kamerasının görüntülərinə düşüb.

Qəza Pensilvaniya ştatının Karlayl Regional Hava Limanında baş verib. 57 yaşlı Pol Sokoloskinin idarə etdiyi kiçik təyyarə polis helikopteri ilə toqquşub. Toqquşmadan sonra təyyarə parçalanıb. Hadisə yerinə dərhal tibbi və polis qrupları göndərilib.

Qəza zamanı vertolyot heyəti təlim uçuşu həyata keçirirdi. Həmçinin qeyd edilib ki, kiçik təyyarə hava limanı ətrafında qeyri-adi uçuş yolu ilə gedirdi.

Qəzanın digər diqqətçəkən detalı hər iki təyyarənin bir-birindən xəbərdar olmasıdır. Karlayl Hava Limanında hava hərəkətini idarəetmə qülləsi yoxdur. Pilotlar uçuşlarını ümumi radio tezliyi vasitəsilə bildirirlər.

Təyyarə və vertolyotun pilotlarının qəzadan əvvəl əlaqə saxladığı məlum olub. Qəzanın səbəbinin araşdırılması davam edir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!