Əsas məzmuna keç

ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb

ABŞ-ın şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fox News kanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunub ki, pilot katapult edib və xəstəxanaya aparılıb. Qəzanın səbəbi açıqlanmayıb.

Qəza nəticəsində meşə yanğını başlayıb.

Xilasedicilər hadisənin baş verdiyi Rimrok gölü yaxınlığındakı istirahət edənləri təxliyə ediblər. Yanğınsöndürənlər alovu söndürmək üçün hadisə yerinə cəlb edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…