26 Fevral 2026 / 04:25

ABŞ həm Rusiya, həm də Ukrayna ilə irəliləyiş əldə edir – Vens

ABŞ həm Rusiya, həm də Kiyev hakimiyyəti ilə Ukrayna böhranının sülh yolu ilə həlli ilə bağlı danışıqlarda irəliləyiş əldə edir və ABŞ prezidenti Donald Tramp münaqişənin sona çatması perspektivlərinə nikbin baxır.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti J.D.Vens bildirib.

“İnanıram ki, həm ruslar, həm də ukraynalılarla irəliləyiş əldə edirik və sadəcə, bunun üzərində işləməyə davam etməliyik. Prezident hazırda bunu uğurlu bir nəticəyə gətirə biləcəyimizə müsbət baxır”, – Vens “Fox News”-a verdiyi müsahibədə deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!