12 Mart 2026 / 10:50

ABŞ İran gəmisini belə məhv etdi-İNANILMAZ ƏMƏLİYYAT

…Şri-Lanka sahillərində İrana məxsus hərbi gəminin məhv edilməsi barədə dünya mediası məlumat və görüntülər yayıb. ABŞ Prezidenti Donald Trump isə Şri-Lanka sahillərində batmış İran hərbi gəmisinə dair olduqca maraqlı açıqlama verib.  Tramp bildirib ki, generallardan biri gəmini ələ keçirmək əvəzinə batırmağın “daha əyləncəli” olacağını ona məruzə edib. Prezident bildirib ki, əməliyyat nəticəsində onlarla heyət üzvü həyatını itirib və bu səbəbdən generallara sual verib: “Mən onlardan soruşdum: Niyə onları öldürdük? Niyə gəmini ələ keçirib donanmamızda istifadə etmədik?” Generallar ona bu şəxslərin ABŞ donanmasında xidmət etmək üçün uyğun olmadığını deyiblər. Generallardan biri bu qərarı belə izah edib: “Cənab, bu daha əyləncəli idi”.

Qeyd edək ki, Şri-Lanka Hərbi Dəniz Qüvvələri martın 4-ü “IRIS Dena” adlı İran hərbi gəmisinin Hind okeanında batdığını təsdiqləyib. Gəmi Şri-Lankanın Qalle sahilləri yaxınlığında təcili yardım siqnalı göndərdikdən sonra batıb. İran ordusunun məlumatına görə, 136 nəfərlik heyəti olan gəmidə 104 hərbçi həyatını itirib, 32 nəfər isə yaralı halda xilas edilib. ABŞ müdafiə naziri Pit Heqset gəminin sualtı qayıqdan atılan torpedo ilə vurulduğunu açıqlayıb. İran gəmisinin batmasından sonra Şri-Lanka donanması bölgədə olan ikinci İran gəmisinə də nəzarəti ələ keçirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!