Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniya hökuməti İrana qarşı əməliyyat çərçivəsində Rota (Kadis) və Moron-de-la-Frontera (Sevilya) hərbi bazalarından istifadəyə icazə verməyib.
Tezadlar.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bəyan edib ki, hökumət “ikitərəfli razılaşmaya və BMT Nizamnaməsinin müddəalarına uyğun gəlməyən hərəkətlər üçün bazaların istifadəsinə icazə verməyib və verməyəcək”.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı indiki hərbi əməliyyatları bu çərçivəyə uyğun gəlmir.
Madrid İrana zərbələrin dəstəklənməsi üçün bazalardan istifadəyə icazə verməkdən imtina etdikdən sonra ABŞ İspaniyadakı Rota və Moron-de-la-Frontera hərbi bazalarından bir neçə yanacaqdoldurma təyyarəsini çıxarıb.
Müdafiə naziri Marqarita Robles ABŞ-nin İspaniyada daimi əsaslarla yerləşdirilmiş bir neçə yanacaqdoldurma təyyarəsinin artıq bazaları tərk etdiyini təsdiqləyib. O qeyd edib ki, yerdəyişmə barədə qərar ABŞ tərəfindən qəbul edilib.
“Reuters”in “FlightRadar24” xidmətinə istinadən verdiyi məlumata görə, İspaniyanın cənubundan 15 hava gəmisi uçub: doqquz təyyarə Moron bazasını tərk edərək Almaniyaya istiqamətlənib, ikisi təyyarə Rota bazasından Fransanın cənubuna doğru uçub, daha dörd təyyarə də ölkə ərazisini tərk edib.
Albares vurğulayıb ki, ABŞ-nin hərəkətləri gözlənilməz nəticələrə səbəb ola bilər. O, Avropa İttifaqını gərginliyin azaldılmasına və tərəflərin dialoqa qayıtmasına kömək etməyə çağırıb.