28 Fevral 2026 / 00:07

ABŞ prezidenti İranla bağlı planlarını açıqlayıb

İranla bağlı hələlik yekun qərarın verilməyib.

Bu barədə ABŞ prezidenti Donald Tramp İranla davam edən danışıqlara münasibət bildirərək deyib.

O, İranın nüvə silahı əldə etməsinə icazə verilməməli olduğunu bir daha vurğulayıb və danışıqların hazırkı gedişatından narazılığını bildirib.

“Onların nüvə silahı ola bilməz və biz onlarla danışıqlar gedişatından məmnun deyilik”, – deyə o qeyd edib.

Tramp əlavə edib ki, sülh yolu ilə həll daha məqsədəuyğun olsa da, digər variantlar hələ də qüvvədə qalır.

“Bunu hərbi yolu olmadan edə bilsəydik, yaxşı olardı, amma bəzən bunu fərqli şəkildə etməli oluruq”, – deyə o əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!