İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general Əbülfəzl Şekarçi bildirib ki, bu, Vaşinqtonu başqa bir ölkə ilə potensial münaqişədə həssas vəziyyətə salacaq
ABŞ “Üçüncü Dünya Müharibəsi üçün” ehtiyatda saxlanılan silahlardan İrana qarşı istifadə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general Əbülfəzl Şekarçi bildirib.
“Amerikalılar bütün silahlarını sınaqdan keçiriblər və hətta Üçüncü Dünya Müharibəsi üçün saxlanılan silahları ehtiyatlarından çıxarıblar və indi də onlardan bizə qarşı istifadə edirlər”, – “Fars” xəbər agentliyi onun sözlərini sitat gətirib.
Şekarçinin sözlərinə görə, bu, ABŞ-ı başqa bir ölkə ilə potensial münaqişədə həssas vəziyyətə salacaq.
E.ŞİRİNOV







