Əsas məzmuna keç

ABŞ və İsrailin əməliyyatı zamanı strateji şəhərlər vurulub

ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirib.

Tezadlar.az xəbər verir ki, hücum nəticəsində hərbi hava bazası ilə yanaşı, nüvə kompleksinin müəyyən hissələri də hədəfə gəlib.

Kanalın məlumatına görə, hücuma baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hələlik nüvə obyektlərini hədəf alan hərbi fəaliyyət qeydə almadıqlarını bildirib. Təşkilat rəhbərinin sözlərinə görə, Buşehr AES, Tehran tədqiqat reaktoru və digər nüvə müəssisələrinin zədələnməsi barədə onlarda rəsmi məlumat yoxdur.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı genişmiqyaslı əməliyyat zamanı Tehran başda olmaqla ölkənin strateji əhəmiyyətli digər şəhərləri də hədəfə alınıb.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…