Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 11:45

“Abşeron Şərab 1” MMC-nin araq spirti saxta çıxdı-TƏCİLİ

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-2.2-ci maddəsinə əsasən, araq istehsalında xammal kimi istifadə olunan spirtin alışı qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməlidir. Bu tələbin pozulması qida obyektinin qeydiyyat və ya təsdiqinin ləğvi üçün əsas hesab olunur.

Tezadlar.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən “Abşeron Şərab 1” MMC-də yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehsal prosesində istifadə olunan içməli spirtin alış sənədlərinin mövcud olmadığı müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntusu ilə bağlı daxil olan müraciət əsasında, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib. Qərarla bağlı sahibkarlıq subyekti və aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!