Əsas məzmuna keç

Afina yaxınlığında güclü yanğın: İnsanlar təxliyə olundu

Yunanıstanın yanğınsöndürənləri Afinadan 30 kilometr aralıda, Attika yarımadasının mərkəzində səhər saatlarından başlayan yanğınla mübarizə aparırlar.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Yanğın bəzi ərazilərdə Aqios-Stilyanos yaşayış məntəqəsindəki evlərə təhlükəli dərəcədə yaxınlaşıb. Alov burada bitki örtüyünü məhv edib və yanğın ocağının yaxınlığında yerləşən heyvandarlıq təsərrüfatının binasına ziyan vurub.

Aqios-Stilyanos sakinlərinə və ətraf ərazilərdə yaşayanlara Kaliviya-Toriku şəhəri istiqamətində təxliyə olunmaları barədə təcili göstəriş verilib.

Yanğının söndürülməsinə 42 yanğınsöndürən avtomobildə 197 yanğınsöndürən cəlb olunub. Qrupun tərkibində Fransadan 23, Rumıniyadan isə 24 yanğınsöndürən də yer alır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…