Ağdamda minaya düşənin vəziyyəti kritikdir

Bu gün Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır. Bu barədə “Təzadlar”a TƏBİB-dən bildirilib. Məlum olur ki, 1968-ci il təvəllüdlü kişi aprelin 2-də saat 12:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mina təhlükəsi olan ərazilərə səfərlərdə maksimum ehtiyatlı olmaq tövsiyyə edilsə də, bəzən buna səhlənkar yanaşmalar olur.

Elçin

Xəbəri paylaş

12 İyul