Ötən gün Ağdamda qətl hadisəsi törədilib. Tezadlar.az bildirir ki, bu qanlı hadisə məcburi köçkünlər üçün tikilmiş Səfərli qəsəbəsində qeydə baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. Faktla bağlı cinayət işi başlanılıb. Kürəkənin saxlanıldığı bildirilir.







