Ötən gün Ağdam rayonu, Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınların qarşısı alınıb. Tezadlar.az FHN-ə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. Məlumata görə, ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Ağdamın Kəngərli və Papravənd kəndlərində yanğın-SÖNDÜRÜLDÜ






