Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyul 2026 / 07:25

Ağdamın Mərzili kəndində yanğının qəbiristanlığa çatmasının qarşısı alınıb

Ağdamın işğaldan azad edilmiş ərazilərində baş verən yanğınla mübarizə davam edir. Rayonun Mərzili kənd sakinlərinin “Təzadlar”a verdiyi məlumata görə, Dünən yanğın kənd qəbiristanlığına çatıb, lakin sakinlərin və eləcə də Ağdam Yanğından Mühafizə briqadasının səyləri ilə yanğın bu istiqamətdə ram edilib, mina və partlamamış döyüş sursatları ilə çirklənmiş açıq ərazilərə yönləndirilib. Dünəndəən  Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

IMG

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub. FHN-in Mətbuat xidmətinin bu barədə olan məlumatında deyilir. Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirib. Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

A.Məmmədli

IMG

VİDEO: https://www.facebook.com/reel/2111676476434754

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!