Əsas məzmuna keç

Ağır yol qəzası baş verib – sürücülərdən biri həyatını itirib

Bu gün səhər Bakı-Qazax yolunda iki yük avtomobili toqquşub.

Tezadlar.az xəbər verir ki, hadisə saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Qəza nəticəsində “Mercedes Atego” markalı yük avtomobilinin sürücüsü, 46 yaşlı Cabbar Cabbarov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…