İdman
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Tofaş” markalı minik maşını ilə “Hyundai” markalı minik maşınları toqquşub. “Tofaş” markalı minik maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.
Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.