Əsas məzmuna keç

Aİ liderləri region ölkələri ilə İran böhranını müzakirə edəcək

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen martın 9-da İran ətrafındakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün Yaxın Şərq ölkələrinin liderləri ilə videokonfrans keçirəcəklər.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurası rəhbərinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, onlayn görüş regiondakı cari vəziyyətin qiymətləndirilməsi üzrə fikir mübadiləsi və Aİ tərəfindən atılacaq növbəti addımların müzakirəsi üçün platforma olacaq.

“Bu fikir mübadiləsi yaranmış vəziyyətlə bağlı liderlərin qiymətləndirmələrini eşitməyə, Aİ və ona üzv dövlətlər tərəfindən region ölkələrinə göstəriləcək gələcək dəstəyi müzakirə etməyə imkan verəcək”, – mətbuat katibi qeyd edib.

Bildirilib ki, videokonfrans zamanı əsas diqqət münaqişənin dayandırılması yollarının axtarışına yönəldiləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…