Tbilisidə tələbələr və aksiyalarda saxlanılanların valideynləri parlament binası önündən Qəhrəmanlar Meydanına doğru yürüş ediblər.
Tezadlar.az xəbər verir ki, nümayişçilər Qəhrəmanların Memorialında andiçmə mərasimi keçiriblər. Andın mətnini etirazlar zamanı saxlanılan Zviad Tsetsxladzenin atası Zurab Tsetsxladze oxuyub. O, həmçinin etirazçılara bildirib ki, bundan sonra Gürcüstanın rifahı naminə aparılacaq bütün mübarizələrdə onların lideri olacaq. Aksiya iştirakçıları Pasxa bayramını birlikdə qeyd etmək üçün Kaşveti məbədinə doğru yürüş ediblər.