Əsas məzmuna keç

ALMANİYADA TÜRKİYƏ GÜRCÜSTAN AZARKEŞLƏRİ ARASINDA DAVA OLUB

Almaniyada futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə – Gürcüstan matçından öncə hər iki ölkənin azarkeşləri stadionda dava salıblar.

CNN- Türkiyə xəbər verir ki, Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri əyləşib. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə müxtəlif əşyalar atıblar. Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
 Qeyd edək ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda keçirilən Türkiyə – Gürcüstan matçında hesab (1-1) bərabərləşib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…