16 Fevral 2026 / 15:12

Almaniyanın xarici işlər naziri Fransanı tənqid etdi

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fransa prezidenti Emmanuel Makronu sözləri ilə ölkəsinin faktiki müdafiə xərcləri arasındakı uyğunsuzluğa görə tənqid etdi.

Tezadlar.az bildirir ki, bu barədə “Euractiv” məlumat verib.

Vadefulun sözlərinə görə, Makron müdafiə sektorunda Avropa suverenliyi arzusundan dəfələrlə və haqlı olaraq danışıb. Almaniyanın xarici işlər naziri vurğulayıb ki, bu cür açıqlamalar verən hər kəs onları öz ölkələrində tətbiq etməlidir.

“Təəssüf ki, Fransa Respublikasının səyləri indiyə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq məqsədinə çatmaq üçün yetərli olmayıb. Fransa da çətin müzakirələrə qatılaraq bizim etdiyimizi etməlidir”, – Vadeful qeyd edib.

Əvvəllər Makron bildirmişdi ki, Avropa Qrenlandiya böhranını aradan qaldırdıqdan sonra rahat bir nəfəs alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!