İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta yeni iş yerini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu BƏƏ-nin 1-ci divizionunda çıxış edən “Qalf Yunayted”in baş məşqçisi təyin olunub.
İnyesta sosial şəbəkə hesabında bu barədə yazıb:
“Bu gün mənim üçün yeni və çox ruhlandırıcı mərhələ başlayır. BƏƏ-nin Birinci Divizionunda “Qalf Yunayted”in baş məşqçisi kimi debüt edirəm. Bu mühüm vəzifəni əla məşqçilər heyəti və gənc, iddialı və çox motivasiyalı komandanın müşayiəti ilə qəbul edirəm. İrəli, “Qalf Yunayted!”
Qeyd edək ki, bu, İnyestanın baş məşqçi kimi ilk təyinatıdır.







