Əsas məzmuna keç

Anna Paşinyanla evlilik dövründə nə alıbsa, hökumətə qaytarır: “Avtomobilim də yoxdur, evim də..” VİDEO

Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan evliliklərini bitirdiklərini bildiriblər.

Bu gün isə Anna evdən video çəkərək paylaşıb.

Tezadlar.az bildirir ki,  Anna evlilikləri dövründə aldığı ziyafət geyimlərindən, şubaları, qiymətli hədiyyələri, zinayət əşyalarınadək hamısını hökumətə təhvil verəcəyini açıqlayıb. Və qutulara qablaşdırdığı varidatını göstərib.

O, bildirib ki, birinci xanım kimi bu hədiyyələri aldığını deyib.

Onun sözlərinə görə, evi ipotekadır və hələ tikilir:

“Bundan sonra birinci xanım olmadığım üçün qorumam da yoxdur. Maşınım olmadığı üçün İrəvanın küçələrində gəzəndə təəccüblənməyin və məni təhqir etməyin, çünki 8 ildə kifayət qədər təhqir eşitmişəm”.

Akopyan dolanışığı üçün kartında müəyyən qədər məbləği olduğunu bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…