Əsas məzmuna keç

“ASAN XİDMƏT” BEYNƏLXALQ TƏŞKİLAT TƏRƏFİNDƏN MÜKAFATLANDIRILIB

 Azərbaycanın innovativ brendi “ASAN Xidmət” qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat

“StartupBlink” tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.

“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. “ASAN Xidmət” heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk”, – nazir əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…