Əsas məzmuna keç

AVRO- 2024: TÜRKİYƏ- NİDERLAND: 2:1

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland – Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Tezadlar.az  xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb. Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub. Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…